AZ EN
+994 12 464 10 25

Green Wall nədir?

Green Wall nədir?

           

             Müasir dövrdə insanların həyat şərtlərinə görə şəhərlərdə məskunlaşması onları təbiətdən uzaqlaşdırır. Bu tələbatı qarşılamaq üçün şəhər mühitinə yenilik gətirən Yaşıl Divarlar sıxıcı şəhər həyatının təbiətə transformasiyasının ən yaradıcı həllidir. Təbiəti texnologiya ilə divarlarda birləşdirən bu dekorativ sistem estetik və vizuallıqla yanaşı ətraf mühitə bir çox faydalar təqdim edir, adam başına düşən yaşıllıq miqdarını artıraraq, binaların yayda sərinliyini, qışda isə istiliyini təmin edir. İstənilən divarda asanlıqla quraşdırılan yaşıl divarlarda istifadə olunan bitkilər havadakı tozu və kiri təmizləməsi nəticəsində ətraf mühitin hava keyfiyyətini artırır, istilik və səs izolyasını tənzimləyir. Ekoloji cəhətdən sərfəli və enerjiyə qənaət edən yaşıl divarlar oksigen baxımından mühit üçün çox əlverişli olub, suyu buxara çevirərək olduğu mühitə sərinlik gətirir, ani hava dəyişikliklərinin qarşısını alır.

            Digər yaşıl fasadlardan fərqlənən və xüsusi kök bitki sistemi vasitəsilə divarlara bərkidilib quraşdırılan yaşıl divarda xüsusi üsul ilə yetişdirilən müxtəlif növ və rəngdə bitkidən istifadə olunmuşdur. Çoxillik, çiçəkləyən, çiçəkləməyən, kölgəsevər, işıqsevər, tezyetişən və s. xüsusiyyət seçimləri ilə xüsusi yetişdirilən bitkilər dekorativ məqsədlə çoxaldılmış, ölçü baxımından kiçik gül, kol şəkilli, sarmaşıq, yayılmış, kol və ya cırtdan ağac formasında olur. Müxtəlif növ və rəngdə xüsusi bitkilərdən istifadə edərək istənilən dizayn və dekorasiya ilə məkanda xoş abu-hava yaratmaq olar. Təbii ki, müştəri məmnuniyyətini nəzərə alaraq, istək və ehtiyaca görə də bitki seçimləri təşkil etmək olar.

            Yaşıl divarlar oksigen baxımından mühit üçün çox əlverişli olduğundan, radiyasiyaya məruz qalan ofislərdə, restoranlarda, otel və alış-veriş mərkəzlərində, yaşayış yerlərində və eləcə də bayır mühitində quraşdırılması mümkündür. Açıq və ya qapalı məkanın hazırkı dizaynını nəzərə alaraq hazırlanan yaşıl divarlar yerləşdiyi məkanda yaratdığı xoş görünüşü və təravəti ilə olduqları məkana gözəllik bəxş edir. Enerji qənaəti və yaşıl bitkilərin insan sağlamlığına və ruhuna gətirdiyi faydaların fərqliliyi ilə yaşıl divarlar istənilən şaquli divarlara quraşdırıla və tətbiq edilə bilər. Yaşıl divara tətbiq edilən bitkilərin uzunömürlülüyü üçün biz həmçinin bitkilərə xüsusi qulluq və qayğı xidmətini də təqdim edirik.

            Bir sözlə, Yaşıl divarlar sıxıcı şəhər həyatının təbiətə transformasiyasının ən yaradıcı həllidir.

X
Broşura tələb et