AZ EN
+994 12 464 10 25

Haqqımızda

Haqqımızda

      Yaşıl divarlar üzrə aparıcı təchizat şirkəti olan “Green ” 2015-ci ildə təsis edilib. Yaşıllaşdırma texnologiyalarının sürətlə artmasına əsaslanaraq fəaliyyət göstərən şirkətin əsas məqsədi müasir dövrdə həyat şərtlərinə görə şəhərlərdə məskunlaşan insanların təbiətə olan tələbatını qarşılamaqdır. Bu tələbatı qarşılamaq üçün şəhər mühitinə yenilik gətirən bu yaşıl dekorativ sistem estetik və vizuallıqla yanaşı ətraf mühitə bir çox faydalar təqdim edir, adam başına düşən yaşıllıq miqdarını artıraraq, binaların yayda sərinliyini, qışda isə istiliyini təmin edir. İstənilən divarda asanlıqla quraşdırılan bu sistemdə istifadə olunan bitkilər havadakı tozu və kiri təmizləməsi nəticəsində ətraf mühitin hava keyfiyyətini artırır, istilik və səs izolyasını tənzimləyir. Ekoloji cəhətdən sərfəli və enerjiyə qənaət edən yaşıl divarlar oksigen baxımından mühit üçün çox əlverişli olub, suyu buxara çevirərək olduğu mühitə sərinlik gətirir, ani hava dəyişikliklərinin qarşısını alır. Bu yaşıl divarlarda suvarma damcı üsulu suvarma sistemi vasitəsilə aparılır. Bu baxımdan xüsusi resurkulyasiya sistemi ilə təchiz edilə bilən bu divarlar suyun olduqca səmərəli şəkildə istifadə olunmasını təmin edir.

      "Green" müştərilərə beş növ yaşıl divar və Landşaft sistemi təklif edir: Pan Wall, Pot Wall, Pot Wall XT, Ivy Wall və Moss Wall.


Pot Wall İnteryer/Eksteryer

  •  İstifadəsi rahat və suya qənaət
  •  4 düym dibçəkli bitkilərdən istifadə
  •  Rahat quraşdırılma və asan qulluq
  •  Bitkilərin mövsümə uyğun dəyişdirilməsi


Pot Wall XT Eksteryer

  •  Əvvəlcədən əkilən bitki panelləri
  •  1 qalonluq dibçəklərdən istifadə
  •  Suya qənaət
  •  Rahat quraşdırılma və asan qulluq


Ivy Wall Eksteryer

  •  Eksteryerdə sarmaşıq örtük
  •  Hündür divar fasadları üçün
  •  Daha geniş yaşıllıq
  •  Sərfəli qiymət


Pan Wall Eksteryer

  •  Geniş dizayn imkanları
  •  İstənilən havaya dözümlü
  •  1 kv fut ölçülü panellər
  •  Uzunömürlü bitkilər


Moss Wall İnteryer

  •  Yaradıcı və fərqli dizayn imkanları
  •  Mumyalanmış mamırlar
  •  Tələb olunmayan xüsusi qulluq
  •  Yüksək səs izolyasiyası


Landscape Eksteryer

  •  Ərazi planlanması
  •  Yaşıllaşdırma layihələri
  •  Eksteryerə uyğun dizayn
  •  Planlaşdırmanın texniki xarakteristikası


      Bu yaşıl divarların hər biri öz dizayn xüsusiyyətləri, quraşdırma yeri, bitki seçimi, istəyə uyğun ölçüdə hazırlanması, qiyməti, bitkilərin böyümə müddəti və digər komponentləri baxımından fərqlidir. Yaşıl divarların quraşdırılması və bu mərhələdən sonrakı qulluq proqramından başqa, eyni zamanda dekorativ gül və bitkilərin satışını da həyata keçirir. "Green" - in təklif etdiyi yaşıl divarlar bitkilərin düzgün seçim və dizaynına, layihənin idarəsinə və divarın quraşdırılmasından sonrakı mərhələdə xidmətin göstərilməsinə əsasən istəyə uyğun olaraq həm eksteryerə, həm də interyerə tətbiq edilə bilər. Sağlamlığın qayğısına qalan və divarın gözəl görünüşünü təmin edən üç bəndli qulluq proqramı bu sahədə ən əhatəli sistemlərdən biri hesab olunur və texniki xidmət haqqında müqaviləyə görə bitkilərə zəmanət verilir.

X
Broşura tələb et